Ədəbiyyat
05.12.2018 / 21:45

AYB Xəzər Bölməsinin növbəti xeyirxah addımı- FOTO

AYB Xəzər Bölməsinin növbəti xeyirxah addımı-
Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsi növbəti əruz ədəbiyyatı silsiləsindən növbəti kitabı çap etdirib.

Bu barədə İnform.az-a bölmədən məlumat verilib.

Xəzər Yazıçılar Birliyi (XYB) bu həftə şer məclisini çağdaş ədəbiyyatın görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar birliyinin üzvü Əşrəf Pirşağılının “Sən də gəl” kitabının təqdimatına həsr etdi.

Mərasimi giriş sözü ilə AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı açdı. Xəzər bölməsinin məqsəd-məramından söz salan A.Buzovnalı belə tədbirlərin silsilə olaraq keçirildiyini və XYB-nin bir çox şairlərin kitabını çap etdirməyi qarşısına məqsəd qoyduğunu bildirib.

Qeyd edib ki, bu nəşrlər Bakı ədəbi mühitinin canlanmasında, Azərbaycan əruz ölçülü şerin daha da sevilməsində öz tarixi rolunu oynayacaq. Bakı ədəbi-mühitinin zənginliyindan danışan sədr, belə kitablardan birinin də “Sən də gəl” əsəri olduğunu söyləyib.

Daha sonra tədbirimüasir dövrdə əruzun təlim və təbliğində xüsusi rol oynayan AYB Xəzər bölməsinin üzvləri davam etdirib, şairinkitabda yer alan qəzəl, qəsidələrdən bir neçəsini səsləndiriblər.

AYB Xəzər Bölməsinin növbəti xeyirxah addımı-


AYB Xəzər Bölməsinin növbəti xeyirxah addımı-


AYB Xəzər Bölməsinin növbəti xeyirxah addımı-


AYB Xəzər Bölməsinin növbəti xeyirxah addımı-


AYB Xəzər Bölməsinin növbəti xeyirxah addımı-




İnform.az

Baxış sayı: 30