Elm-təhsil
05.12.2018 / 17:32

AzTU “Bakutel-2018”də iki startapla təmsil olunur- FOTO

AzTU “Bakutel-2018”də iki startapla təmsil olunur-
Azərbaycan Texniki Universiteti (AzTU) Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”də iki startapla təmsil olunur.

AzTU tələbələrindən təşkil olunan “Eagle 2.0” və “Just” komandalarının yaratdığı eyniadlı məhsullar “Bakutel-2018”də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) startaplar üçün ayrılan pavlionunda sərgilənir.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, 4 dekabr 2018-ci ildə, “Bakutel-2018”in birinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ailə üzvləri “Bakutel-2018” sərgisinə baxış keçiriblər.

Prezident İlham Əliyev və ailə üzvləri startaplarla da, o cümlədən “Eagle 2.0” və “Just” komandalarının yaratdığı məhsullarla tanış olublar.

Startapçı tələbələr öz ixtiraları haqqında prezidentə ətraflı məlumat veriblər.

Sərginin ikinci, üçüncü və dördüncü günləri startap məhsulları investorlara və digər ziyarətçilərə təqdim olunacaq.

AzTU “Bakutel-2018”də iki startapla təmsil olunur-


AzTU “Bakutel-2018”də iki startapla təmsil olunur-


AzTU “Bakutel-2018”də iki startapla təmsil olunur-


AzTU “Bakutel-2018”də iki startapla təmsil olunur-




İnform.az

Baxış sayı: 48