Maraqlı
05.12.2018 / 14:20

Azərbaycan dilində söyüş yağ kimi gedir...

Azərbaycan dilində söyüş yağ kimi gedir...
Tələbə vaxtı kirayə qaldığım həyətdə Seryoja adında bir erməni yaşayırdı. Hərdən sərxoş olub arvad-uşağını qatırdı qabağına çırpırdı, həm də çox pis söyüşlərlə söyürdü.

Qəribəydi ki, söyəndə azərbaycanca söyürdü. Ev sahibi də elə həyətin ortasında Seryoju söyüşlərə görə hərdən eşşək sudan gəlincə döyərdi, əlindən zorla alardıq.

Bir dəfə soruşdum ki, ə, Seryoj, şandığa, öz dilində söy, həyətdəki arvad-uşaq da başa düşməsin də.

Seryoj:

- Sən bilmirsən ey, Azərbaycan dilində söyüş yağ kimi gedir.

İndi sosial şəbəkələrdəki söyüşləri, qrant üstə dava salanların bir-birlərinə yağdırdıqları söyüşləri, Avropaya sığınıb Azərbaycandakı məmurları, ziyalıları hədəfə götürənlərin söyüşlərini oxuyanda yadıma həmin Seryoj düşür.

Yeri gəlmişkən, yaponlar dünyada yeganə xalqdırlar ki, söyüş nə olduğunu, təhqir nə olduğunu bilmirlər. Bilmirlər ki, adama «donuz» demək olar, «eşşək» demək olar, «it oğlu» demək olar, yeddi arxa dönənin dilə gətirmək olar və sair və ilaxır.

Yaponların bircə təhqiramiz ifadəsi var – «mono hito» - «pis adamsan»- deməkdir.

Bilmirəm, gəlib bizdə çalışan yaponlar söyüş öyrənib, yoxsa yox?! Öyrəniblərsə, onlardan patent haqqı ala bilərik.


adalet.az

Baxış sayı: 163