Baş xəbər, Hüquq
04.12.2018 / 18:50

Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib- FOTO

Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-
28-29 noyabr 2018-ci il tarixlərdə Rusiya Federasiyasının Ryazan şəhərində yerləşən Hüquq və İdarəetmə Akademiyasında Cəzaların İcrası Federal Xidməti tərəfindən təşkil olunmuş “Rusiya Federasiyasında və xarici ölkələrdə cəza-icra sisteminin inkişafının nəzəri və praktiki problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətini rəis müavini ədliyyə polkovniki Orxan Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, konfransda Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin rəhbərliyi, eləcə də müxtəlif ölkələrin penitensiar sistemləri, təhsil müəssisələri və ictimai-siyasi təşkilatlarının çoxsaylı nümayəndəsi iştirak edib.

Tədbirdə penitensiar sahədə beynəlxalq əməkdaşlığın və dialoqun genişləndirilməsi, habelə penitensiar sistemlərin inkişaf perspektivləri müzakirə olunub.

Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib.


Konfransda “Azərbaycan Respublikasında penitensiar sistemin təkmilləşdirilməsi və cəza çəkməkdən vaxtından əvvəl şərti azad etmə tətbiqi təcrübəsi” mövzusunda çıxış edən ədliyyə polkovniki Orxan Qasımov Azərbaycanın penitensiar sahədəki nailiyyətləri, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı, son illər ərzində cəza-icra qanunvericiliyinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Ədliyyə nazirinin əmrinə əsasən ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə təltif edilmiş daxili xidmət general-mayoru A.Krımova “Azərbaycan ədliyyəsinin 100 illiyi” yubiley medalı, Akademiyanın bir sıra müəllimlərinə isə fəxri fərmanlar təqdim edilib.

Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyətimizin Rusiyanın Cəzaların İcrası Federal Xidməti Akademiyasının rəisi daxili xidmət general-mayoru A.Krımovla görüşü keçirilmişdir. Görüş zamanı əməkdaşlığın mövcud durumu və perspektivləri, Akademiyada təhsil alan azərbaycanlı müdavimlərlə bağlı məsələlər müzakirə edilib.

Daxili xidmət general-mayoru A.A.Krımov Azərbaycan ədliyyəsinin 100 illiyi və ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi Ceyhun Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsinin verilməsi münasibətilə hazırlanmış təbrik lövhəsini nümayəndə heyətimizə təqdim edib.

Daha sonra Akademiyanın inzibati binasında Rusiya-Azərbaycan dostluğu guşəsinin təntənəli açılışı ilə bağlı mərasim keçirilib.

Yeni yaradılmış guşədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü quraşdırılmışdır. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlər, digər tarixi material və sənədlər Akademiyanın müəllimləri və müdavimləri tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində nümayəndə heyətimiz həmçinin Akademiyada təhsil alan azərbaycanlı müdavimlərlə görüş keçirmiş, onların təhsil və məişət şəraiti ilə yaxından maraqlanıb.

Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun əmrinə əsasən təhsildə fərqlənən azərbaycanlı müdavimlərə mükafatlar təqdim edilib.

Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-


Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-


Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-


Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-


Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-


Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-


Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-


Penitensiar xidmətin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib-




İnform.az

Baxış sayı: 253