Maqazin
05.12.2018 / 12:48

Mehmet Ali Erbilin ölüm xəbəri yayıldı

Mehmet Ali Erbilin ölüm xəbəri yayıldı
Reanimasiyada olan şoumen Mehmet Ali Erbilin ölüm xəbəri yayılıb.

İnform.az big.az-a istinadən xəbər verir ki, bu haqda aktyorun bacısı, professor Yeşim Erbil açıqlama verərək qardaşının ölüm xəbərini təkzib edib:

"M.A.Erbilin ölüm xəbəri yayılıb. Bununla bağlı zəng edənlər, narahat olanlar oldu. Qardaşımın müalicəsi davam edir. Bir problem yoxdur".

Reanimasiyada müalicəsi davam edən 61 yaşlı M.A.Erbilin həkimi Jan Klod Kayuka şoumenin son vəziyyəti haqqında bunları deyib:

"Vəziyyəti ilə bağlı fərqli bir şey yoxdur. Qırtlağında əməliyyatla dəlik açılıb. Çünki vücudun daha rahat nəfəs alması üçün vacib əməliyyat idi. M.A.Erbil ağzından bəslənmədiyi üçün çəki itirməsi normaldır, 30 kiloqram arılqayıb. Bizi eşidir, reaksiya verir, tamamilə sağalacağına ümid edirik".

Qeyd edək ki, aktyor evinin vanna otağında yıxılaraq ciddi zərbə almış, qabırğası sınaraq ağciyərini deşmişdi.

Mehmet Ali Erbilin ölüm xəbəri yayıldı




İnform.az

Baxış sayı: 39