Türk dünyası
05.12.2018 / 11:47

“Türkiyə NATO-dan həmrəylik gözləyir” - Çavuşoğlu Çavuşoğlu

“Türkiyə NATO-dan həmrəylik gözləyir” - Çavuşoğlu"Türkiyə NATO-ya ən çox töhfə verən ölkələrdən biridir və alyansdan həmrəylik gözləyir”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldəki NATO Xarici İşlər nazirlərinin görüşü zamanı deyib.

“Transatlantika bağı həm NATO-nun, həm də bizim kollektiv təhlükəsizliyimiz üçün əsas şərtdir. Buna görə də biz NATO-dan həmrəylik gözləyirik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Brüsseldəki görüş zamanı Çavuşoğlu Almaniya, İslandiya, İspaniya, İtaliya və Rumıniya nümayəndələri ilə görüşüb.



İnform.az

Baxış sayı: 35