Texnologiya
05.12.2018 / 11:08

Xiaomi Mi Mix 3s nə vaxt satışa buraxılacaq?

Xiaomi Mi Mix 3s nə vaxt satışa buraxılacaq?iGeekPhone adlı məşhur mənbə hələ təqdim edilməmiş Xiaomi Mi Mix 3s flaqman smartfonunun mümkün texniki göstəriciləri və çıxış tarixi barəsində məlumatlar verib.

Beləliklə Mi Mix 3s modeli adi Mi Mix 3 kimi slayder formatında hazırlanacaq və 2340x1080 piksel keyfiyyətli 6.5 inç genişformatlı AMOLED ekranla təchiz olunacaq. Ekran smartfonun ön panelinin 95%-ni əhatə edəcək və ona barmaq izi skanı texnologiyası inteqrasiya olunacaq.

İnform.az technote.az-a istinadən bildirir ki, Əsas texniki göstəricilərə gəldikdə isə Mi Mix 3s Snapdragon 855 proessoru, 8/12 GB RAM, 1 TB-a kimi daxili yaddaş, 20 MP + 16 MP + 13 MP üçlü arxa kamera, 24 MP-lik ön kamera və Quick Charge 4.0 sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Smartfon MIUI 10 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. iGeekPhone-nun verdiyi məlumata əsasən Xiaomi Mi Mix 3s gələn ilin sonuna yaxın 620$ qiymətində satışa çıxacaq.



İnform.az

Baxış sayı: 32