Baş xəbər, Sosial
05.12.2018 / 10:37

"Ünvan Portalı"-nın təqdimatı keçiriləcək- KİV-nin NƏZƏRİNƏ!

"Ünvan Portalı"-nın təqdimatı keçiriləcək-Ölkəmizdə ünvan tapmaq işi daha da sadələşir, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanır, ünvanların elektron idarə edilməsinə nail olunur.

Beləki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib. Bu məqsədləkomitə dekabrın 6-da geniş İctimai Təqdimat keçirəcək.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur.

İctimai Təqdimat saat 10:30–da Excelsior Hotelinin Afurja zalında (Bakışəhəri, HeydərƏliyev prospekti,2) keçiriləcək.

Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən Ünvan portalının istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən
vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə verəcəyi faydanı izah etməkdir.



İnform.az

Baxış sayı: 47