Baş xəbər, Hərbi
05.12.2018 / 10:00

"Erməni silahlı qüvvələri atəşkəsi rejimini 24 dəfə pozublar"- MN-nin məlumatı

"Erməni silahlı qüvvələri atəşkəsi rejimini 24 dəfə pozublar"-Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gün ərzində atəşkəs rejimini 24 dəfə pozublar.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.



İnform.az

Baxış sayı: 27