Hüquq
04.12.2018 / 17:25

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıbPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyytlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Məmmədov Rövşən Həzi oğlu müəssisəyə qəbul olunarkən onun üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 5,481 qram olan “Heroin” aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 161