Hüquq
04.12.2018 / 17:55

Azərbaycanda 140 qanunsuz miqrant saxlanılıb

Azərbaycanda 140 qanunsuz  miqrant saxlanılıbSon həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 nəfər əcnəbi saxlanılıb.


Onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilən birgə tədbirlər zamanı aşkarlanıb.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, saxlanılan 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilmiş, digər 26 nəfərin isə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.



İnform.az

Baxış sayı: 131