Sosial
04.12.2018 / 17:15

Şadlıq sarayı və ictimai-iaşə obyektlərində monitorinqlər davam etdirilir- Gəncədə

Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantılarınınminimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindənmonitorinq və araşdırmalar aparılır.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı ictimai-iaşə obyektlərindən17-nin ətraf ərazilərindən analiz aparılması üçünhava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantılarınmiqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Şadlıq sarayı və ictimai-iaşə obyektlərində monitorinqlər davam etdirilir-akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarınınrəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyiciqurğununquraşdırıldığı məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərdə monitorinq və araşdırmalar davam etdirilir.



İnform.az

Baxış sayı: 173