Elm-təhsil
04.12.2018 / 17:30

Aİİ-də “Tələbə seminarları” layihəsinə start verilib

Aİİ-də “Tələbə seminarları” layihəsinə start verilibAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Tələbə seminarları” layihəsinə start verib.

İnstitutun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Aİİ istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında elmi seminarların xüsusi rol oynadığını nəzərə alaraq,gənclərin müxtəlif mövzularda mühazirələr oxumasını nəzərdə tutub.

Bu seminarlar tələbələrin bilik səviyyələrini,bacarıq imkanlarını nümayiş etdirmələri baxımından əhəmiyyətlidir.

İlk seminar 7 dekabr 2018-ci il tarixdə, saat 14:00-da Aİİ-nin birinci kurs tələbəsi Fərid Qasımzadənin təqdimatında “Həyata tələbə baxışı” mövzusunda təşkil olunacaq.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişafı istiqamətində silsilə tədbirlərini davam etdirir.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb.

İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.




İnform.az



Baxış sayı: 248