Elm-təhsil
04.12.2018 / 16:50

"Xəzər dənizinin gələcəyi " mövzusunda dəyirmi masa keçirilib- Moskvada

"Xəzər dənizinin gələcəyi " mövzusunda dəyirmi masa keçirilib-
28-29 noyabr 2018-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunda “Xəzər dənizinin gələcəyi. Elmi layihələr və tədqiqatlar” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Bu barədə İnform.az-a AMEA-nın H. Əliyev adına Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirin açılışında Rusiya Fundamental Tədqiqatlar Fondunun rəhbəri, akademik V.Pançenko və İran Milli Elm Fondunun Prezidenti cənab N.Zargam çıxış edərək, Xəzər dənizinin elmi tədqiqatlarında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Onlardan sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İ.Quliyev beynəlxalq əməkdaşlığın vacibliyini qeyd etməklə yanaşı, Xəzər dənizi üzrə beynəlxalq tədqiqat mərkəzinin yaradılmasının vaxtı gəldiyini masa iştirakçılarının diqqətinə çatdırmışdır. O həm də beş Xəzəryanı ölkə alimlərinin birgə ekspedisiya təşkil etməsinin faydasını açıqlayıb.

Beynəlxalq görüşdə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik R.Məmmədov və Respublika Seysmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli də iştirak ediblər.

Beynəlxalq forumun yekun iclasına moderatorluğu akademik R.Məmmədov edib.



İnform.az


Baxış sayı: 190