Din, Elm-təhsil
04.12.2018 / 16:15

“Vəhdət” sənədli filminin nümayişi olub- Aİİ-da(Foto)

“Vəhdət” sənədli filminin nümayişi olub-
Azərbaycan İlahiyyat İnstitutunda(Aİİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət” sənədli filminin ilk nümayişi olub.

İnstitutun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənrektor Ceyhun Məmmədov Aİİ-ninölkə Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. Rektor bildirib ki, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdir.

O,Azərbaycanda ümummilli lider Heydər Əliyevindövlət-din siyasətinin əsasını qoyduğunu, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkədə tolerant və multikultural dəyərlərin qorunmasının dövlət-din siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan rektor milli-mənəvi dəyərlərin zənginləşdirilməsinə, məscid, kilsə və sinaqoqların inşasına, təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayrıldığını qeyd edib.

Tədbirin əhəmiyyətinivurğulayan İnstitut rəhbəri Azərbaycanda müxtəlif dinlərə məxsus insanların dinc şəraitdə yaşadıqlarını, sünni və şiə məzhəb nümayəndələrinin birlikdəVəhdət namazı qıldıqlarını Azərbaycanın multikulturalizm modelinə nümunəkimi qiymətləndirib. Rektor qeyd edib ki, son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bir neçə filmdən biri olan “Vəhdət” dini maarifləndirmə işinə öz töhfəsini verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovbildirib ki, dövlət-din modeli ölkəmizin siyasətində əhəmiyyətli yerlərdən birini tutur. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən S.Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsidir.

S. Heydərov İslam dininin sülh dini olduğunu qeyd edib.O vurğulayıb ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər.

“Gəncliyə Yardım” Fondunun prezidenti Ahmet Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin din işləri üzrə müşaviri professor Kamil GünəşDQİDK-nın sifarişi ilə hazırlanmış “Vəhdət” sənədli filminin əhəmiyyətini qeyd etməklə yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasınınölkədə dini maarifləndirmə işinin gücləndirilməsiistiqamətindəatılan mühüm addım kimi qiymətləndirmişlər.

Tədbirin sonunda Aİİ tələbələri Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edən“Vəhdət” sənədli filminin nümayişi ilə bağlıfikirlərini bildiriblər.

“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-


“Vəhdət” sənədli filminin nümayişi olub-




İnform.az


Baxış sayı: 176