İdman
04.12.2018 / 14:05

Denis Silva "Keşlə"də 100-cü oyununa çıxdı

Denis Silva "Keşlə"də 100-cü oyununa çıxdıBraziliyalı müdafiəçi Denis Silva “Keşlə”nin heyətində 100-cü çempionat matçını keçirib.

İnform.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, bu yubiley Topaz Premyer Liqanın 13-cü turuna təsadüf edib. O, arxada qalan müddətdə 4 qol vurub.

İndiki klubunda 4-cü mövsümünü keçirən Denis 2015/16 mövsümündə 35 (1 qol), 2016/17 mövsümündə 25 (2 qol) dəfə meydana çıxıb. Ötən çempionatda 27 dəfə şans qazanan braziliyalı cari mövsümün 13 matçında 1 dəfə fərqlənib.

Qeyd edək ki, Denis klubunun tarixində 100 və daha çox oyun keçirən 13-cü futbolçudur. “Keşlə”nin rekordçusu isə hesabında 205 matç olan Vladimir Levindir.



İnform.az

Baxış sayı: 164