Elm-təhsil
04.12.2018 / 14:00

AzTU Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəcək- FOTO

AzTU Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəcək-
Çin Xalq Respublikasının Sindao Texniki Universitetinin materialşünaslıq fakültəsinin dekanı, professor Miao Jijun, dekan müavini, professor Lv Ping və professor Yu Guangming Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, qonaqları qəbul edən AzTU-nun prorektoru, professor İlham Pirməmmədov universitet haqqında geniş məlumat verib.

Prorektor bildirib ki, son zamanlar AzTU ilə Çin Xalq Respublikasının bir neçə universiteti arasında aktiv əməkdaşlıq əlaqələri qurulub və bu görüş də, əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq.

Öz növbəsində qonaqlar da,təmsil etdikləri universitet haqqında məlumat veriblər. Hər iki təhsil ocağındametallurgiya sahəsində mütəxəssis hazırlığının aparılmasına diqqət çəkilərək, bildirib ki, əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Sonra AzTU ilə Sindao Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə, əsasən universitetlər arasında tələbə və müəllim mübadiləsi, ikili diplomların verilməsi, birgə elmi tədqiqatların, konfransların və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

AzTU Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəcək-


AzTU Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəcək-


AzTU Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəcək-




İnform.az

Baxış sayı: 190