Baş xəbər, Hüquq
04.12.2018 / 13:16

Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib- FOTO

 Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib-
Dünən Penitensiar xidmətin Baş idarəsində Ədliyyə Naziri cənab Fikrət Məmmədovun təşəbbüsü ilə yaradılmış Komisiyanın və bununla bağlı Nazirliyin Kollegiyasının qərarı ilə təsdiq edilən Qaydaların tələblərindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi təşkil olunub.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, onların tərbiyə işləri üzrə müavinləri və qeydiyyat şöbələrinin rəisləri iştirak ediblər.

Penitensiar xidmətin rəis müavini – Komisiyanın sədri Orxan Qasımov tədbiri açaraq bildirmişdir ki, ölkə Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Sərəncamda vaxtından əvvəl şərti azad etmə institutuna xüsusi əhəmiyyət verilib.

Bu məqsədlə “Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqəti Qaydalar” təsdiq olunduğu, məhkumların bu sahədə hüquq və qanuni mənafelərinin daha etibarlı qorunması məqsədilə pilot layihə qismində xüsusi Komissiyanın yaradılaraq qanunçuluq, şəffaflıq və obyektivlik prinsipləri əsasında fəaliyyətə başladığı bildirilib.

Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilmişdirƏməliyyat müşavirəsində Komisiyanın fəaliyyəti və həyata keçiriləcək tədbirlər müzakirə olunmuş, şəffaflığın təmin olunması məqsədilə tələbkarlığın artırılması, Qaydaların tələbləri, eyni zamanda korrupsiya hallarının qarşısının alınması üçün əlavə təsirli tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bundan başqa Komisiya üzvləri olan müəssisə rəislərinin Qaydalarda müəyyən olunmuş hüquq və vəzifələri barədə müzakirələr aparılmış, protokol nümunələri, Komissiyanın aylıq cədvəli müşavirə içtirakçılarına təqdim olunub.

Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilmişdirİclas zamanı Komisiyanın fəaliyyəti ilə bağlı müşavirə iştirakçıları tərəfindən çıxışlar edilmiş, fikir mübadiləsi aparılıb.

Komisiyanın sədri O.Qasımov iclası yekunlaşdıraraq penitensiar sahənin ölkə başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını və bu istiqamətdə bundan sonra da islahatların davam etdiriləcəyini bildirib.

 Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib-


 Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib-


 Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib-


 Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib-


 Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib-




İnform.az

Baxış sayı: 139