Elm-təhsil
04.12.2018 / 14:30

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar- FOTO

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar-
ADA Universitetinin İctmai və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova Naxçıvan Dövlət Universitetində olublar.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qonaqları salamlayıb, onlari universitetdə görməkdən məmnunluğunu ifadə edib.

Ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında məlumat verilib.

ADA Universitetinin İctmai və Beynəlxalq münasibətlər fakültəsinin dekanı muxtar respublika haqda zəngin təəssüratlarını bölüşüb.

Naxçıvan Dövlət Universitetində mövcud olan elmi və texniki potensial yüksək dəyərləndirilib.

Sonra öz universitetləri haqda məlumat verən dekan bildirib ki, 2006-cı ilin martında fəaliyyətə başlayan və Azərbaycan Diplomatik Akademiyası adı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində qurulan ali təhsil ocağı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə ADA Universiteti adlandırılıb. Vurğulanıb ki, əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaq olan universitet 2009-cu ildən magistr pilləsi, 2011-cu ildən bakalavr pilləsində ali təhsil verir.Diqqətə çatdırılıb ki, universitet dünyanın 43 ölkəsindən olan 2500 tələbə və işçi heyətindən ibarətdir.

ADA Universiteti Tələbə qəbulu şöbəsinin əməkdaşı tələbələri universitetə qəbul qaydaları ilə tanış edib.

Qeyd edilib ki, ali təhsil ocağı İctimai və Beynəlxalq Münasibətlər, Biznes, Təhsil, İnformasiya Texnologiyaları və Mühəndislikolmaqla 4 məktəbi özündə birləşdirir. Vurğulanıb ki, universitetseçmə fənlər və ümumi təhsil proqramı vasitəsiləəməkdaşlıq edərək və ünsiyyət quraraq həllər təklif edən yüksək potensiala malik məzunlar yetişdirir.

Sonda tələbələrin sualları cavablandırılıb.

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar-


ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar-


ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar-




İnform.az

Baxış sayı: 185