Baş xəbər, Siyasət
04.12.2018 / 12:00

Siyasi Psixologiya Mərkəzi “Nordic Training International” ilə memorandum imzalayıb FOTO

Siyasi Psixologiya Mərkəzi “Nordic Training International” ilə memorandum imzalayıb
Azərbaycanın Siyasi Psixologiya Mərkəzi ilə Latviyanın “Nordic Training International” (NTİ) şirkəti arasında memorandum imzalanıb.

Inform.az İnsdier.az-a istinadən xəbər verir ki, Azərbaycanda “Nordic Training International” (NTI) şirkətinin rəsmi nümayəndəsi olan, Siyasi psixologiya Mərkəzi treninq, psixoloji və biznes oyunların keçirilməsi üçün lisenziya əldə edib.

Bu qarşılıqlı faydalı razılaşma, hər iki tərəfə kross-mədəniyyət platformasında bilik, təcrübə və resurs mübadiləsi imkanı yaradacaq. Psixoloji treninqlər: idarəçilik sənəti; əmin etmə və arqument təqdimetmə bacarığı; kouçinq idarəçilik üsulu kimi; danışıqlar aparma sirləri; məqsəd və zamanın effektiv planlaşdırılması; biznesdə innovativ təfəkkür; konfliktlərin həll edilməsi və s. istiqamətlərdə keçiriləcək.

Üzv sayı 500 nəfərə qədər olan qrupların iştirakı ilə 4 saatdan 4 günə qədər sürən 60-dan çox Biznes treninq və 40-dan çox Psixoloji oyun Biznes strukturlarda, Dövlət təşkilatlarında, məktəb və universitetlərdə, zavodlarda, banklarda və s. istifadə edilə bilər.

Effektiv, peşəkar sayılan və yüksək standartlara müvafiq yeni metodlar ən gözəl nəticələri əldə etməyə imkan verəcək.

Siyasi Psixologiya Mərkəzi treninqlər keçirmə sahəsində mövcud zəngin təcrübəsini indi müasir spesifik biznes-oyunlar və simulyasiya proqramları ilə daha da zənginləşdirəcək. Latviyada hazırlanan, Rusiya, Ukrayna və Avropa ölkələrində, ABŞ və Çində rəğbət qazanan psixoloji diaqnostika, tədris və lisenziyalaşdırma metodları, artıq Azərbaycanda Siyasi Psixologiya Mərkəzində əlçatandır.

Siyasi Psixologiya Mərkəzi “Nordic Training International” ilə memorandum imzalayıb


Siyasi Psixologiya Mərkəzi “Nordic Training International” ilə memorandum imzalayıb




İnform.az

Baxış sayı: 271