Elm-təhsil
04.12.2018 / 11:35

Əqli Müliyyət Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının komitə sessiyasına qatılıb- FOTO

Əqli Müliyyət Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının komitə sessiyasına qatılıb-
2018-ci ilin 26-30 noyabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin növbəti 37-ci sessiyası keçirilib. Sessiyada ÜƏMT-nin 190-dan artıq üzv-dövlətlərinin nümayəndələri qatılıb.

Tədbirdə Əqli Müliyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev də iştirak edib.

Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, sessiyanın gündəliyinə “Yayım təşkilatlarının hüquqlarının qorunması”, “Kitabxanalar və arxivlər üçün məhdudiyyətlər və istisnalar”, “Təhsil və elmi-tədqiqat müəssisələri və digər əlil şəxslər üçün məhdudiyyətlər və istisnalar” ilə bağlı beynəlxalq müqavilə layihələri və digər sənədlər daxil edilib.

Müqavilə layihələrinin müzakirəsi zamanı son illər üzv dövlətlərin nümayəndələri və ÜƏMT-nin katibliyi tərəfindən layihələr üzərində səmərəli iş aparıldığı qeyd olunub, bu sənədlərin qəbul edilməsinin müəlliflər və əlaqəli hüquqların sahibləri ilə cəmiyyətin maraqları arasında balans yaradılması baxımından vacibliyi vurğulanıb.

Müzakirə predmeti olan bir çox məsələlərdə irəliləyişlərə nail ounmuş, o cümlədən müqavilələrdə işlədilən anlayışlar, qorunmanın obyekti və digər məsələlərdə ümumi anlaşmaya nail olunub.

Agentliyin nümayəndəsi tərəfindən ölkəmizin də daxil olduğu Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri qrupunda müzakirələr zamanı son vaxtlar ölkəmizdə əqli mülkiyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən institusional islahatlar barədə məlumat verilib, yayım təşkilatlarının hüquqlarının qorunmasına, eləcə də kitabxanalara və arxivlərə, həmçinin təhsil, tədris və elmi-tədqiqat müəssisələrinə münasibətdə məhdudiyyətlər və istisnalara dair beynəlxalq alətin qəbul edilməsi üzrə aparılan işlərin dəstəkləndiyi bildirilib.

Eyni zamanda sessiyanın keçirildiyi günlərdə ÜƏMT-nin rəsmi şəxsləri ilə keçirilmiş işçi görüşlər zamanı ÜƏMT və Agentliyin birgə əməkdaşlıqda 2019-cu ildə keçirilməsi planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Əqli Müliyyət Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının komitə sessiyasına qatılıb-


Əqli Müliyyət Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının komitə sessiyasına qatılıb-




İnform.az

Baxış sayı: 156