Baş xəbər, Hərbi
04.12.2018 / 10:00

" Düşmən atəşkəs rejimini 27 dəfə pozub"- MN-nin məlumatı

" Düşmən atəşkəs rejimini 27 dəfə pozub"-Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gün ərzində atəşkəs rejimini 27 dəfə pozublar.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.



İnform.az

Baxış sayı: 155