Gündəm, Hüquq
03.12.2018 / 17:30

Mənzillərdən oğurluq edən şəxs saxlanılıb- Salyanda

Mənzillərdən oğurluq edən şəxs saxlanılıb-Salyan rayon sakini olan bir qadın noyabrın 21-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 775 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan İnform.az-a verilən məlumata görə,Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan rayon sakini 51 yaşlı Seyfulla İslamov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. S.İslamovun ətrafında aparılan araşdırmalar zamanı onun digər oğurluq əməllərində də əlinin olduğu məlum olub.

Belə ki, S.İslamovun müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 3 mənzildən ümumi dəyəri 1760 manat olan məişət əşyalarını oğurladığı məlum olub.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



İnform.az

Baxış sayı: 24