Elm-təhsil
03.12.2018 / 17:20

Fransız dili fənnini tədris edən müəllimlər üçün kurs təşkil olunub- NDU-da(Foto)

Fransız dili fənnini tədris edən müəllimlər üçün kurs təşkil olunub-
Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə fransız dili fənnini tədris edən müəllimlər üçün təkmilləşdirmə kursu təşkil olunub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Azərbaycanda Fransız dili Müəllimləri Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan kurs 5 gün davam edib.

Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “ Avropa dilləri və ədəbiyyatı” bölməsinin elmi katibi, Fransız dili ekspert şurasının rəhbəriÇəmən Babaxanova müəllimlərlə görüşərək tədris zamanı qarşılaşdıqları problemlər ətrafında müzakirələr edib.

Vurğulanıb ki, hər yay fransız dili ixtisasını tədris edən müəllimlər Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Fransaya təkmilləşmə kursu üçün göndərilir.Qeyd olunub ki, gələcəkdə fransız dili fənni daha təkmilləşdirilmiş metod ilə tədris olunacaq.

Fransadan dəvət olunmuş Fransız dilinin Xarici dil kimi tədrisi üzrə metodist Ani Domanje Naxçıvanda fransız dilinin tədris metodlarını öyrədib, qarşılıqlı müzakirələr aparılıb.

Muxtar respublika üzrə66 müəllimin iştirak etdiyi kursun sonunda bütün iştirakçılara Fransanın Azərbaycandakı səfirliyindən sertifikatlarıtəqdim olunub.

Sonda qonağa hədiyyə təqdim olunub, xatirə şəkli çəkilib.

Fransız dili fənnini tədris edən müəllimlər üçün kurs təşkil olunub-


Fransız dili fənnini tədris edən müəllimlər üçün kurs təşkil olunub-




İnform.az





Baxış sayı: 163