Türk dünyası
03.12.2018 / 15:10

Çavuşoğlu NATO-nun toplantısında iştirak edəcək- Brüsseldə

Çavuşoğlu NATO-nun toplantısında iştirak edəcək-Xarici İşlər nazirlərinin iki gün davam edəcək görüşündə hazırkı beynəlxalq təhlükəsizlik məsələləri müzakirə ediləcək.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat bu gün Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.

Qeyd olunub ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, 4-5 dekabr tarixlərində Brüsseldə NATO Xarici İşlər nazirlərinin toplantısında iştirak edəcək.

Məlumatda bildirilir ki, Xarici İşlər nazirləri son beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcək və 11-12 iyul 2018-ci ildə baş tutan NATO-nun Brüssel sammitində alınan qərarların icrasını nəzərdən keçirəcək.

Türkiyəli nazirin həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.



İnform.az

Baxış sayı: 101