Dünya
03.12.2018 / 14:55

Gürcüstanın yeni prezidentinin inauqurasiyası Tbilisidə keçirilməyə bilər

Gürcüstanın yeni prezidentinin inauqurasiyası Tbilisidə keçirilməyə bilər Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi paytaxt Tbilisidə keçirilməyə bilər.

İnform.az “Report”-a istinadən xəbər verir ki, bunu yerli mətbuat yazıb.

Məlumata əsasən, xanım prezidentin inauqurasiyasının hansı şəhərdə keçiriləcəyi hələ məlum deyil və hazırda müxtəlif şəhərlər üzrə müzakirələr aparılır.

Qeyd edək ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-na təyin olunub. Səlahiyyət müddəti başa çatmaqda olan prezident Giorgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixeil Saakaşvilinin andiçmə mərasimləri Gürcüstan parlamentinin Tbilisidəki binasının daxili həyətində keçirilib.



İnform.az

Baxış sayı: 28