Türk dünyası, Baş xəbər, İqtisadiyyat
03.12.2018 / 12:05

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir- FOTO

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir-
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasında Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının baş katib müavini Fuad Hümbətov arasında görüş təşkil olunub.

ASK-nın Kadrlar və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, son zamanlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Batur Rejepov 21-22 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Türkmənistan Respublikasına rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanan 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyətindən bəhs edib.

Görüşdə Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılmışdır. Diplomat bildirdi ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub.

Batur Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasından bu məsələlər üzrə onlara dəstək verilməsini xahiş edib.

Fuad Hümbətov ticarət evinin açılması ilə bağlı ASK-nın müvafiq dəstəyin göstərəcəyinə söz verib.

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir-






İnform.az

Baxış sayı: 169