Texnologiya
03.12.2018 / 11:20

“Nokia” şirkətindən yeni TƏQDİMAT

“Nokia” şirkətindən yeni “Nokia” şirkəti 4G LTE mobil rabitə texnologiyasını dəstəkləyən düyməli telefon hazırlayır. Qurğunun texniki xüsusiyyətləri barədə “TENAA” məlumat bazasından məlumat əldə edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Nokia TA 1114” kimi nömrələnmiş telefonun çəkisi 70,2 qram, 1,77 düym diaqonala malik displeyin təsvir ölçüsü 128×160 piksel, prosessorun takt tezliyi isə 0,26 QHs təşkil edəcək. Qurğuya quraşdırılmış akkumulyator batareyasının tutumu 800 milliamper/saat təşkil edəcək.

Telefonun əsas özəlliyi LTE rabitə texnologiyasını dəstəkləməsi olacaq. Sənədə əsasən, telefon 900 və 1800 MHs şəbəkə diapazonlarında işləyə biləcək.




İnform.az

Baxış sayı: 124