Mədəniyyət
03.12.2018 / 10:55

Mətbuat nümayəndələrinin nəzərinə!

Mətbuat nümayəndələrinin nəzərinə!4 dekabrda saat 09:30-dan 13:00-dək “Four Seasons” hoteldə Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək.

Dövlət turizm Agentliyinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Birinci Baş Assambleyanın məqsədi hotelçilik sənayesi mütəxəssislərini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotel Assosiasiyasının strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında məlumat verməkdir.

Assambleyada Azərbaycanda tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi də təqdim ediləcək.

Tədbirə media işçiləri də dəvətlidirıər.

İştirak üçün bu gün saat 16:00-dək ad, soyad, təmsil etdiyiniz mətbuat orqanının adı və mobil telefon nömrənizi media@tourismboard.az ünvanına göndərməyiniz xahiş olunur.

Mətbuat nümayəndələrinin nəzərinə!




İnform.az


Baxış sayı: 302