Baş xəbər, Hüquq
03.12.2018 / 10:25

"Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub"- DİN-in məlumatı

"Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub"-2018-ci il dekabr ayının 1-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqalnıb.

DİN-in Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 189 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.



İnform.az

Baxış sayı: 144