Din
30.11.2018 / 18:00

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”adlı layihə davam edir- FOTO

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”adlı layihə davam edir-
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasıtərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”adlı layihə çərçivəsində rayonun Liman şəhəri “Cümə” məscidində maarifləndirici tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, “Milli-Mənəvi dəyərlərimiz, həmrəylik və vətənpərvərlik”mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Tural Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının sədri Eyvaz Mirişov,Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, ziyalılar və dindarlar iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədovçıxışında xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edərək, bu dəyərlərin qorunmasının vacibliyinə diqqət çəkib. Q.Məmmədov milli-mənəvi dəyərlərimizin və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsinin zəruriliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Əliyev çıxışında dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb. Əlavə edib ki, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca effektivdir.

QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında İslam dininin mərhəmət və həmrəylik dini kimi, insanları sülhə çağırdığını, dini radikalizmə qarşı olduğunu vurğulayıb.

Liman şəhər ağsaqqalı, yazıçı-publisist Səyavuş Süleymanlı və digərləri mövzu ilə bağlı fikirlərini bildirərək, keçirilən tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”adlı layihə davam edir-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”adlı layihə davam edir-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”adlı layihə davam edir-




İnform.az


Baxış sayı: 442