Sağlamlıq
30.11.2018 / 11:44

Xərçəngə qalib gələn QADIN

Xərçəngə qalib gələn
Hüquqşünas və eyni zamanda, aparıcı kimi tanınan Zülfiyyə Bayramova xərçəng xəstəliyinə qalib gəldiyini elan edib.

Oxu.az-ın xəbərinə görə, uzun müddət mədə xərçəngindən əziyyət çəkən Zülfiyyə Bayramova hər zaman özünə inamı və pozitivliyi ilə diqqət çəkərək, amansız xəstəliklə mübarizə aparıb və qalib gəlib.

Bu barədə o özünün “Instagram” səhifəsində məlumat verib:

“Allaha min şükür! Sən çox böyüksən, ya Rəbbim! Doqquz aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Hələlik sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm”.

Zülfiyyə Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. Dörd oğlu var.



İnform.az

Baxış sayı: 219