Maqazin
30.11.2018 / 10:40

Həbib xanım aparıcının əlini sıxmadı- VİDEO

Həbib xanım aparıcının əlini sıxmadı-
Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov “Matç TV” telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb.

İnform.az ednews.net-in xəbərinə istinadən bildirir ki, idmançının bu hərəkəti birmənalı qarşılanmayıb.

Kandelaki Instagram hesabında videonu paylaşaraq qeyd edib ki, Ramzan Kadırov onunla görüşdə əlini sıxdığı halda Nurməhəmmədov bunun əksini edib.

İdmançının Kandelakinin paylaşımına cavabı belə olub.

“Tina, mənim sizin əlinizi sıxmamağım, elə sizə olan böyük hörmətimi göstərirdi. Əgər nə isə düz anlaşılmayıbsa, üzürlü sayın”, - o qeyd edib.

Video bu linkdə:
https://www.instagram.com/p/BquoVZhgKMK/?utm_source=ig_web_button_share_sheet AddThis Sharing Buttons Share to Facebook Share to WhatsAppShare to TwitterShare to Google+Share to VkontakteShare to LinkedInShare to Еще...


İnform.az

Baxış sayı: 175