Hüquq
30.11.2018 / 10:15

Əcnəbi brokonyerlər saxlanılıblar

Əcnəbi brokonyerlər saxlanılıblarEkologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib.

Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşlarıgötürülüb və təbiətə buraxılıb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ovacəhd edən Sığıncaqkənd sakiniAmid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb.Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona1000 manat məbləğində cərimə tətbiq edilib.



İnform.az

Baxış sayı: 184