Baş xəbər, Sosial
29.11.2018 / 18:05

"Ehtiyatlı olun!"- BNA-dan küləklə bağlı XƏBƏRDARLIQ

"Ehtiyatlı olun!"-Bakı Nəqliyyat Agentliyi küləklə bağlı xəbərdalıq edib.

BNA-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, qurum hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir:

"Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".




İnform.az

Baxış sayı: 141