Din
29.11.2018 / 17:20

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir- FOTO

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir-
28 noyabrda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Astara rayonu Təngərüd kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Astara rayonu Təngərüd kənd tam orta məktəbində tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Turan Həsənzadə, Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Vüqar Şahbazov, məktəbin direktoru Xəqani Mahmudov, Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açanməktəbin direktoru Cabir Mahmudovçıxışında milli-mənəvi dəyərlər haqqında danışaraq məktəbdə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.

Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Vüqar Şahbazov çıxışında müasir dövrdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının vacib olduğunu bildirib. V.Şahbazov gənclərin zərərli vərdişlərə, dini radikalizmə qarşı mübarizədəelm və təhsilə yiyələnmələrinin əhəmiyyətinə diqqət çəkib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizə baxımından zəruriliyini qeyd edib. E.Həmidli əlavə edib ki, keçirilən tədbirlərin əsas məqsədi gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında xalqımızın milli-mənəvi dəyərlər sistemində mövcud olan tolerant və multikultural dəyərlərdən bəhs edərək, tarixən mövcud olan bu dəyərlərin kökünün xalqımızın keçmişindən irəli gəldiyini qeyd edib.

Təngərüd kənd tam orta məktəbinin tarix müəllimi Şərif Yunusov və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir-




İnform.az




Baxış sayı: 238