Elm-təhsil
29.11.2018 / 13:40

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu Naxçıvan Bölməsində olub

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu Naxçıvan Bölməsində olub
Türkiyə Respublikasının Naxçıvan şəhərindəki baş konsulu Mehmet Emin Kiraz AMEA Naxçıvan Bölməsində olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev qonağı salamlayaraqAzərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb.

O, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, ölkələrimizin hər zaman bir-birlərinə dəstək verdiklərini deyib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, akademik, həmçinin qonağa bölmənin yaranma tarixi və müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, aparılan araşdırmaların əhəmiyyətindən söz açıb.Qeyd olunub ki, bölmənin müxtəlif institutlarında Naxçıvanın bütün sahələri barədə dəyərli araşdırmalar aparılır, alim və tədqiqatçılar tərəfindən regionun tarixi, abidələri, mədəniyyəti, təbii ehtiyatları, biomüxtəlifliyi tədqiq olunur və təbliğ edilir.

Qonağın diqqətinə çatdırılıb ki,bölmənin fəaliyyəti dövründəplandan əlavə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinintövsiyəsi, diqqət və qayğısı ilə “Naxçıvan Ensiklоpediyası” (2 cilddə), “Naxçıvan abidələri ensiklоpediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan Tarixi” çoxcildliyinin (3 cilddə),“Naxçıvanın tarixi atlası”, “Naxçıvan folkloru antologiyası” (3 cilddə), “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı” (2 cilddə), “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”,“Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik Atlas,və“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi və digər ümumiləşdirici fundamentalkitablarnəşr olunub.

Son illərdə iki qardaş ölkə arasında elmi əlaqələrin genişləndiyini vurğulayan bölmə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 17 oktyabr 2018-ci il və “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında”29 oktyabr 2018-ci il tarixli Sərəncamlarını xatırladıb.

Qeyd edib ki,görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə əlaqədar Türkiyəninmüxtəlif muzey və kitabxanalarında araşdırımalar aparılması üçün bölmə əməkdaşlarından ibarət Tədqiqat Qrupu yaradılıb.

Görüş çərçivəsində çıxış edən AMEA-nın müxbir üzvüləri-Fəxrəddin Səfərli və Əbülfəz QuliyevTürk Cümhuriyyəti Baş Nazirliyinin Osmanlı Arxivində saxlanılan Naxçıvanla əlaqədar mühüm tarixi sənədlərin əhatəli elmi araşdırmalara cəlb olunması, həmçinin Türk Dil Qurumunun yeni yayılan kitablarının əldə edilməsi, o cümlədənqardaş ölkənin muzey və kitabxanalarında Baba Nemətullah Naxçıvaninin əlyazma nüxsələrinin elektron variantının əldə edilməsinin zəruriliyini bildiriblər.

Naxçıvan Bölməsi ilə tanışlıqdan məmunluğunu bildirən Mehmet Emin Kirazbu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib.

Görüş zamanı “Naxçıvan: tarixi və abidələri” və “AMEA Naxçıvan Bölməsi haqqında”, (Azərbaycan və ingilis dillərində) kitablar qonaqğa hədiyyə olunub.Baş konsul isə “Böyük Səlcuklu Mirası” adlı kitabı bölməyə hədiyyə edib.



İnform.az

Baxış sayı: 191