Türk dünyası
29.11.2018 / 18:22

Beşinci İstanbul Vasitəçilik üzrə Konfransları keçiriləcək

Beşinci   İstanbul Vasitəçilik üzrə Konfransları keçiriləcəkTürkiyənin münaqişələrin qarşısının alınması və sülh yolu ilə həlli üçün vasitəçilik məsələlərinə verdiyi əhəmiyyət çərçivəsində təşkil olunan İstanbul Vasitəçilik üzrə Konfransların sayca beşincisi 30 noyabr 2018-ci il tarixdə “Davamlı sülh üçün vasitəçilik tətbiq etmələrinin inkişaf etdirilməsi” mövzusunda keçiriləcək.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Mətbuat müşavirliyindən İnform.az-a verilən məlumata görə, İstanbul Vasitəçilik üzrə beşinci Konfrans bu il də vasitəçilik sahəsində yerli və xarici mütəxəssisləri bir araya gətirərək vasitəçilik tətbiq etmələrinin inkişafı istiqamətində məlumat və təcrübənin bölüşdürülməsi baxımından müvafiq platformaya çevriləcək.



İnform.az

Baxış sayı: 138