Ozümüzdən, Elm-təhsil
22.11.2018 / 17:00

Gənc alim Böyük Britaniyada elmi məzuniyyətdə olub-

Gənc alim Böyük Britaniyada elmi məzuniyyətdə olub-
Hesablama Struktur Biologiyası laboratoriyasının elmi işçisi Məsməliyeva Rəfiqə Çingiz qızı 15.10.2018-16.11.2018 tarixlərində Böyük Britaniya Kembric şəhərinin Tibbi araşdırmalar mərkəzinin Molekulyar biologiya İnstitutunda ezamiyyətdə olub.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, ezamiyyət müddətində Məsməliyeva Rəfiqə həmin institutun Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar institutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdovun rəhbərliyi altında elmi tədqiqatlar aparmış, Rentgenostruktur kristalloqrafiya və Elektron mikroskopiyası metodlarının əsasları, eləcə də Makromolekulyar saflaşdırma mövzularında müzakirələr aparıb.

Ezamiyyət müddətində, Məsməliyeva Rəfiqə Hesablama Kristalloqrafiyası qrupunun iclaslarına qatılmış, öz tədqiqat layihəsi ilə əlaqədar təqdimat edib.

Aparılan tədqiqat işi uğurlu hesab edilmişdir və CCP4 və Coot layihələri ilə əməkdaşlıq fəaliyyətinin başlanmasına səbəb olub.

Ezamiyyət müddətində Məsməliyeva Rəfiqə Struktur araşdırmaları şöbəsinin bütün seminarlarında iştirak etmiş və Struktur biologiyası sahəsindəki yeniliklər, öndə duran problemlərlə tanış olub.

Gənc alim Böyük Britaniyada elmi məzuniyyətdə olub-



İnform.az

Baxış sayı: 24