Sosial
29.11.2018 / 12:50

Qeyr-sabit hava şəraiti dekabrın 2-dək davam edəcək- XƏBƏRDARLIQ!

Qeyr-sabit hava şəraiti dekabrın 2-dək davam edəcək-Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-u axşamdan dekabrın 02-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.



İnform.az

Baxış sayı: 157