Ədəbiyyat
29.11.2018 / 10:20

Rəsmiyyə Sabir Molla Pənah Vaqif medalına layiq görülüb- FOTO

Rəsmiyyə Sabir Molla Pənah Vaqif medalına layiq görülüb-
Dünya Gənc Türk Yazarlar Birliyinin quruluşunun 20 illiyi münasibətilə TÜRKSOY bu qurumun bir qrup yazarını Fəxri Fərmanla təltif edib.

İnform.az-ın xəbərinə görə, təltif olunma mərasimi Atatürk Mərkəzində reallaşdırılıb.

Tədbirdə DGTYB-nin qurucularından olan, bir müddət təşkilatın Baş katibi olmuş, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazar Rəsmiyyə Sabir TÜRKSOY-un hər il hər ölkədə yalnız bir yazara verdiyi Molla Pənah Vaqif medalına və Fəxri Fərmanına layiq görülüb.

Medal və Fəxri fərman Rəsmiyyə Sabirə Türkmaneli Kültür Mərkəzinin başçısı dr. Mustafa Ziya tərəfindən təqdim edilib.

Tədbirdə elm adamları, tədqiqatçılar, gənc yazarlar, həmçinin DGTYB-nin uzun müddət beynəlxalq məsələlər üzrə koordinatoru olmuş yazar, jurnalist Şəmsəttin Kuzəci, Başqırdstandan, İran İslam Respublikasından olan gənc yazarlar iştirak ediblər.

Rəsmiyyə Sabir Molla Pənah Vaqif medalına layiq görülüb-


Rəsmiyyə Sabir Molla Pənah Vaqif medalına layiq görülüb-



İnform.az

Baxış sayı: 330