Türk dünyası
29.11.2018 / 11:00

"Milli valyutadan istifadə edin"- Ərdoğandan müsəlman ölkələrinə səsləndi

"Milli valyutadan istifadə edin"-"Dollar və digər dünya valyutalarından asılılığı aradan qaldırmaq üçün müsəlman ölkələri öz aralarında ticarət əməliyyatları zamanı milli valyutalardan istifadə etməlidirlər".

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və ticarət əməkdaşlıq Daimi komitəsinin iclası zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan həmçinin bildirib ki, əgər müsəlman ölkələri öz aralarında ticarət zamanı milli valyutalardan istifadə etməsə, gec və ya tez iqtisadi böhran onlara da çatacaq.





İnform.az

Baxış sayı: 188