Hərbi
29.11.2018 / 10:15

6 ədəd partlamamış hərbi sursat aşkar olunub- Tovuzda(Foto)

6 ədəd partlamamış hərbi sursat aşkar olunub-2018-ci il 28 Noyabr tarixində saat 10:11-də Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsindən Agentliyə həmin rayonun ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-nın İctimaiyyətlə əlaələr şöbəsindən İnform.az-a verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 110 KV-luq Günəşli yarımstansiyasının yaxınlığına baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü və 10 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

6 ədəd partlamamış hərbi sursat aşkar olunub-



İnform.az



Baxış sayı: 153