Baş xəbər, Sağlamlıq
28.11.2018 / 16:00

Yəhudi alim bildiklərimizi alt üst etdi- NECƏ?

Yəhudi alim bildiklərimizi alt üst etdi-
Yəhudi alimlərin son tədqiqatlarına əsasən zərərli hesab edilən bir çox məhsul orqanizmin sağlamlığı üçün faydalıdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin məşhur dietoloqu Naamа Lion danışıb. O bildirib ki, hər gün yumurta yemək olar:

Yəhudi alim bildiklərimizi alt üst etdi-

“İlk növbədə bilməlisiniz ki, hər gün toyuq yumurtası yemək olar. Çünki bu məhsul asanlıqla həzm olunan amin turşularının, В12 vitaminin, kalsium, dəmir və sink mənbəyidir. Yumurtalarda xolesterin olur, lakin o, qanda xolesterin səviyyəsinə təsir göstərmir. Bunu son illərin tədqiqatları bir daha sübut edir”.

Dietoloqun sözlərinə görə, qəhvə zərərli deyil, əskinə faydalıdır:

Yəhudi alim bildiklərimizi alt üst etdi-

“Sözsüz ki, içkinin aşırı dozası təzyiqi artıra bilər, qəhvəyə müxtəlif qidalandırıcı maddələr və şəkər əlavə olunduqda faydalı xassələri aşağı enir. Son elmi sübutlar göstərir ki, sadə qəhvə və kofein xərçəng və qaraciyər xəstəliyinin qarşısını alır, həmçinin ürək əzələsinin hüceyrələrinin bərpasına kömək edir”.

Ekspert qeyd edir ki, yağlı məhsullardan qorxmaq lazım deyil:

Yəhudi alim bildiklərimizi alt üst etdi-

“Xüsusilə bitki mənşəli məhsullardan əldə edilən yağ faydalıdır. Buna avokado, küncüt, zeytun və fındıq yağını misal çəkmək olar. Onlar gündəlik qida rasionuna daxil olmalıdır. Həm də heyvan mənşəli yağlar faydalıdır, məsələn, kərə yağı. Yağların metabolizm üzərində müsbət təsiri var”.

Yəhudi alim bildiklərimizi alt üst etdi-

O, duzdan imtina etməyi qətiyyən məsləhət görmür. Bu məhsul bir çox hallarda zərərli sayılır, lakin duz komponentləri mühüm həyati proseslərdə iştirak edir. Duz damar sisteminin orqanlarının normal funksiyalarını saxlamaq və hüceyrə yenilənməsi üçün vacibdir.

Yəhudi alim bildiklərimizi alt üst etdi-

Bundan başqa, Lion Naama çörəkdən müntəzəm istifadə etməyi məsləhət görüb. Mütəxəssis qeyd edib ki, tam taxıl məhsullarını və az işlənmiş undan bişirilən çörəyi qida rasionuna əlavə etmək faydalıdır.

Yəhudi alim bildiklərimizi alt üst etdi-

Bundan başqa, həkim kartof və soyanı faydalı adlandırıb:

Yəhudi alim bildiklərimizi alt üst etdi-

"Kartof bir çoxları tərəfindən qlisemik indeksi yüksək olan məhsulu kimi rədd edilir. Lakin dietoloq bildirib ki, qlisemik indeks fərdi parametrdir və o, hər bir insan orqanizminə müxtəlif cür təsir göstərir.

Soya lobyasına gəlincə, son təcrübələr göstərir ki, bişməmiş və ya tofu soyanın təsiri qan xolesterini aşağı salan və ürək sağlamlığını yaxşılaşdıran qabiliyyətləri ilə tanınan paxlakimilər növü ilə müqayisə edilə bilər".


İnform.az





Baxış sayı: 939