Türk dünyası
28.11.2018 / 15:22

Ərdoğan Putin və Poroşenkoya zəng edib

Ərdoğan Putin və Poroşenkoya zəng edibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.

İnform.az
axar.az-a istinadən xəbər verir ki, liderlərin telefon söhbətində əsas gündəm Ukrayna və Rusiya arasında baş verən gərginlik olub.

Baş verənlərlə bağlı narahatlığını dilə gətirən Ərdoğan böhranın həllinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.


İnform.az

Baxış sayı: 141