Diaspora Akademiyası
28.11.2018 / 12:00

Buryatiya azərbaycanlıları yeni təsis edilən muxtariyyatda birləşdilər- FOTO

Buryatiya azərbaycanlıları yeni təsis edilən muxtariyyatda birləşdilər-
Rusiya Federasiyası Buryatiya Respublikasının paytaxtı – Ulan-Ude şəhərindəki Xalqlar Dostluğu Evinin akt zalında Buryatiya Respublikası Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatının təsis konfransı keçirilib.

Bu barədə İnform.az-a AZRU Rusiya Azərbaycanlılarının Vahid İnformasiya Portalından məlumat verilib.

Konfransın işində Ulan-Ude şəhəri və Buryatiyanın digər regionlarındakı azərbaycanlı icmalarını təmsil edən 80-dən artıq nümayəndə, həmçinin Xural – yerli qanunvericilik məclisinin deputatları, Buryatiya Başçısı Administrasiyası, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcə konfransın işçi orqanları, iclasın sədri və katibi, səslərin hesablanmasına məsul şəxs seçilib.

İclasın sədri, Buryatiyanın azərbaycanlı icmasının görkəmli nümayəndəsi, Respublika İctimai Palatası 1-ci çağırışının üzvü Nəriman Nağıyev, yerli azərbaycanlı icmasının fəal funksioneri Sahib Quliyev, son illər Buryatiyada olduqca aktiv fəaliyyəti ilə tanınan Azərbaycanlı Gənclər Birliyinin sədri Təbriz Əliyev, Ulan-Ude şəhəri azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Zakir Abasov, Buryatiyanın Kabanski rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Amid Gənciyev, Buryatiyanın Selenqa rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri İsa Teymurov, Buryatiyanın Biçura rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Mahir Həsənov, Buryatiyanın Muxorşibir rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Fəxrəddin Mərdanov və başqaları çıxışlarında Buryatiya Respublikası Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatının yaradılmasını təklif etdilər və qeyd etdilər ki, bunun üçün yetərincə zərurət yaranıb və məhz muxtariyyət azərbaycanlı icmasının həmrəyliyi üçün ən qanuna uyğun forması və gələcək uğurlu fəaliyyətin davamlı əsasıdır.

Bildirək ki, konfransa toplaşan azərbaycanlılar uzun illər aktiv ictimai fəaliyyətlə məşğul olanlar, millətlərarası münasibətlər, mədəniyyət, idman, təhsil və gənclərlə bağlı layihələr sahələrində bir sıra uğurlu tədbirlərin təşəbbüskarı və təşkilatçılarıdırlar ki, onlar hər zaman yerli azərbaycanlı icmasının ən fəal üzvləri və aparıcı qüvvəsi olaraq qalmaqda davam edirlər.

Buryatiya Respublikası Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatının yaradılması yekdilliklə qəbul edildikdən sonra təşkilatın Nizamnaməsi və rəmzləri, qurumun 3 ilik səlahiyyəti olan 9 nəfərdən ibarət idarə heyəti təsdiq edilib. Buryatiya Respublikası Azərbaycanlılarının RMMM prezidenti vəzifəsinə Balamirzə Əhədov, İdarə Heyətinin sədri vəzifəsinə isə Nəriman Nağıyev seçiliblər.

Təşkilatın yeni seçilmiş rəhbərləri cavab çıxışlarında göstərdikləri yüksək etimada görə konfrans iştirakçılarına təşəkkürlərini ifadə edərək bundan sonra da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində millətlərarası sülh və vətəndaş həmrəyliyi, Azərbaycan xalqının zəngin milli-mədəni irsinin Buryatiyada layiqli təmsil edilməsi, Rusiya və Azərbaycan arasında dostluq və xoş qonşuluq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsinə hərtərəfli dəstək naminə sıx şəkildə çalışaraq quruculuq fəaliyyətinin aparılmasının önəmliyini vurğulayıblar.

Təsis konfransının sonunda Ədliyyə Nazirliyi idarəsinin baş mütəxəssisi İrina Naumenko iclasın Rusiya qanunvericiliyinə tam uyğun şəkildə aparıldığını təsdiqləyərək heç bir qanun pozuntusunun baş vermədiyini bildirib ki, bu da öz növbəsində yeni yaradılmış təşkilatın dövlət qeydiyyatından keçməsinə heç bir maneənin olmaması deməkdir.

Konfransda qonaq qismində iştirak edənlər – Xural deputatları Sergey Doroş və Bair Tsırenov, BR Başçısı Administrasiyası millətlərarası münasibətlər Komitəsinin şöbə müdiri Aleksey Qıpılov, DİN nümayəndəsi, polis kapitanı Vasiliy Yaşinov, Rusiya Azərbaycanlıları Vahid İnformasiya Portalının baş redaktoru, jurnalist, ictimai xadim, politoloq Roman Ağayev Buryatiya azərbaycanlılarının quruculuq fəaliyyəti, onların millətlərarası sülhün və sabitliyin qorunmasına verdiyi tövhələr, azərbaycanlı gənclərin olduqca aktivliyindən danışaraq yenicə yaradılmış təşkilata uğurlar dilədilər, onun rəhbərliyini seçilməsi münasibətilə təbrik etdilər və əminliklə bildirdilər ki, Buryatiya azərbaycanlılarını öz ətrafında birləşdirən vahid bir qurum - Regional Milli-Mədəni Muxtariyyət çoxşahəli və cəmiyyət üçün faydalı və əhəmiyyətli layihələrə imza atacaq.

Bununla da Buryatiya azərbaycanlılarının həyatında yeni mərhələni özündə ehtiva edən Buryatiya Respublikası Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatının təsis konfransı uğurla işini sona çatdırıb.

Əlavə məlumat üçün link:
https://azru.org/azerbajdzhanskaya-molodezh-buryatii-neischerpaemyj-potentsial-fotolenta-video/

İnform.az

Baxış sayı: 371