Türk dünyası, Baş xəbər
28.11.2018 / 11:25

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi- 1 HƏFTƏLİK

Ərdoğan prezident səlahiyyətlərini  vitse-prezidentə təhvil verdi-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Argentina və Paraqvaya səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər noyabrın 28-də başlayıb və dekabrın 4-dək davam edəcək.

Xatırladaq ki, sonuncu dəfə türkiyəli lider Macarıstana səfəri ilə əlaqədar səlahiyyətlərini vitse-prezidentə təhvil vermişdi.



İnform.az

Baxış sayı: 123