Diaspora Akademiyası
28.11.2018 / 10:30

Seymur Nəsirov tələbələrlə görüşüb- Misirdə

Seymur Nəsirov tələbələrlə görüşüb-
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirə təhsil almaq üçün gedən yeni tələbələrlə görüş keçirib.

Birlikdən İnform.az-a verilən məlumata görə, S. Nəsirov, Azərbaycanla Misir arasında tarixi, mədəni və son illərdə əlaqələrin daha da sürətli inkişafından geniş söhbət açmışdır.

Bunun bariz nümünəsi olaraq son il ərzində dəfələrlə hər iki ölkənin yüksəf vəzifəli şəxslərin qarşılıqlı səfərləri, Misir Azərbaycan parlamentlərarsı dostluq komisyasının yaranması, diplomatik və xidməti pasport daşıyan hər iki ölkə vətəndaşların vizasız səfər etmələrini və.s mövzulardan qeyd etmişdir.

Birliyin sədri, Misrdə vətənimiz Azərbaycanı təbliğ etmək yolları haqqında öz tövsiyyələrini vermişdir. Tələbələri maraqlandıran suallara cavab verərək, onaları vətəni təbliğ etməkdə sosyal şəbəkələrdə aktiv olmalarına çağırmışdır.

Qeyd edək ki, hər il Misir Mədəniyyət Mərkəzi tərəfindən, Misirə təhsil almaq üçün göndərilən tələbələri, diaspora tərəfindən qarşılanaraq onların yerləşdirilməsi, sənədlərin həlli və təhsil almasında lazimi köməklik göstərir.

Hal-hazırda Azərbaycanın Qahirədəki diaspora mərkəzində, aralarında azərbaycanlılar olmaqla yanaşı dünyanın 17 ölkəsindən 180 dan çox tələbə ödənişsiz müxtəlif fənnlər üzrə təhsil alır.



İnform.az

Baxış sayı: 83