Maqazin
27.11.2018 / 17:00

"Onda mən də çıxım efirə, ağzıma gələni danışım..."- Rasim Balayev Elza haqqında

"Onda mən də çıxım efirə, ağzıma gələni danışım..."-
Xalq artisti Rasim Balayev Əməkdar artist Elza Seyidcahanı sərt tənqid edib.

İnform.az
-ın oxu.az-a istinadən veridyi xəbərə görə, Xalq artisti CVN TV-də çıxışı zamanı zövqlərin korlandığını, televiziyalardakı özbaşınalığın artdığını qeyd edib.

“Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? Desin ki, bu şeirlər efirlik deyil. Onda mən də çıxım efirə, ağzıma gələni danışım. Olmaz, bu, efirdir”, - deyə Rasim Balayev bildirib.




İnform.az

Baxış sayı: 405