Baş xəbər, Mədəniyyət
27.11.2018 / 15:45

Lənkəran Dövlət Dram Teatrı Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib- İranda(Foto)

Lənkəran Dövlət Dram Teatrı Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib-
Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının Həmədan şəhərində reallaşan 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında ölkəmizi təmsil edib.

Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, yaradıcı kollektiv noyabrın 20-dən 25-ə kimi keçirilən bu ənənəvi sənət yarışmasında yazıçı-publisist Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası ilə məharətini nümayiş etdirib.

Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hisləri aşılayan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları aktyorlar Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Günel Abbaszadə ifa ediblər.

Belçika, İtaliya, Almaniya, Türkiyə, Norveç, Hindistan, İraq, Fransa kimi ölkələrin təmsil olunduğu festivalın bağlanış mərasimində Lənkəran teatrının truppası münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Qeyd edək ki, Lənkəran teatrı 2017-ci ildə də İranın Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Azərbaycanı təmsil etmişdi.

Lənkəran Dövlət Dram Teatrı Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib-


Lənkəran Dövlət Dram Teatrı Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib-




Ağaddin Babayev/Lənkəran


Baxış sayı: 198